Biznes-lüğət
İqtisadi və maliyyə terminlərinin sadə izahı.
Ö
- Ödəmə qabiliyyəti
- Sığortaçının (təkrarsığortaçının) öhdəliklərinin istənilən vaxt və tam həcmdə yerinə yetirmək imkanı.
- Ölüm cədvəli
- Eyni yaşda olan şəxslər üçün orta statistik ölüm dərəcəsinin və ya ehtimal edilən yaşama müddətinin göstəricilərini əks etdirən statistik cədvəl.
- Ölüm halından sığorta
- Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın ölməsi halında faydalanan şəxsə sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi.
- Ölümcül xəstəlikdən sığorta
- Tibb müəssisəsinin qoyduğu diaqnoza əsasən sığortalının ölümünə səbəb ola biləcək xəstəliyə tutulması halında sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi.
- Öz vəsaiti
- Sığortaçının öhdəliklərindən azad olan aktivləri.


