Banklararası klirinq
Sözün izahı
Banklararası klirinq – hesab palataları vasitəsilə və bərabər ödənişlərin bir-birinə qarşılıqlı hesablaşmasına əsaslanaraq həyata keçirilən, banklararası nağdsız hesablaşma sistemidir. Onu aşağıdakı kimi fərqləndirirlər:
• ikitərəfli banklararası klirinq, iki bankın tələbləri hesaba alınır;
• çoxtərəfli banklararası klirinq, hesablaşma sxemində üç və daha artıq bank iştirak edir.


