Bu dövlət qurumlarında çalışanların maaşları - ARTIRILDI
Baş nazir Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.
“ENA”n;n məlumatına görə, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.
Eləcə də bax: Baş nazirdən bağçalarla bağlı - MÜHÜM QƏRAR
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi işçilərinin aylıq vəzifə maaşları artırılıb.