Zeta Group işçi axtarır - MAAŞ 1000 MANAT
Zeta Group “Brend menecer köməkçisi” üzrə vakansiya elan edir.
Namizədə tələblər:
• Yaş: 25-35
• Cinsi: Kişi və ya qadın
• Təhsil: Ali (Satış və marketinq sahəsində)
• İş təcrübəsi: Geyim sahəsində uyğun vəzifələrdə +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) İngilis (əla)
• Kompyuter bilikləri: MS Office-əla, 1C yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Analitik düşüncə
• İşgüzar əlaqələr qurmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Məhsulun bazarda mövqeyini izləmək;
• Bazar araşdırmasının aparılmasına dəstək;
• Yeni məhsul və brendlərin bazara çıxarılması üçün hazırlanmış tədbirlər planı üzrə işləmək;
• Brendlə bağlı illik plan üzrə sifarişin icrası, planın yerinə yetirilməsini izləmək;
• Mağazalarda olan işçilərin işini koordinasiya etmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 1000AZN
Maraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.