Banklar Dövlət Neft Fondunun satdığı dolları almır
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirdi ki, ölkəmiz defakto manatın məzənnə sabitliyi var. Halbu ki, manata güclü təsir mövcuddur, Hətta bu revalvasiya şəklindədir. "Azərbaycan Dövlət Neft Fondu 800 milyon dollarını sata bilməyib. Həmin vəsaitlər hərraca çıxarılsa da banklar tərəfindən alınmır".
E.Rüstəmovun sözlərinə görə, bununla bağlı Dövlət Neft Fondundan büdcəyə köçürülməli olan vəsaitlərin transfertində çətinlik yaranıb. Yəni, fond hərraca çıxartdığı pulu manata çevirib büdcəyə köçürməlidir. Amma xarici valyutanı alan olmadığından bunu tam həyata keçirə bilmir.
"Bu boşluğu isə büdcə hələki öz daxili imkanları hesabına doldurur".