Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.
ENA.az xəbər verir ki, xidmət rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Fuad Heydərova tapşırılıb.
- Eləcə də bax: Agentlik öz rəhbərinin şirkətinin mallarını alır
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib. O, yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.