Elm və Texnologiya

Sürətli internetə malik olan ölkələrin adı açıqlandı: Azərbaycan neçəncidir?

Ən sürətli internetə malik olan ölkə Tayvan olub. Ölkə sakinləri şəbəkədən 85 Mbit/s sürətlə istifadə edirlər. İkinci yerdə isə Sinqapur qərarlaşıb.

ENA.az xəbər verir ki, Rusiya Worldwide broadband speed league reytinqində 47-ci yerdən 54-cü yerə yüksəlib. Nəticədə internetin sürəti bu ölkədə 13,5-dən 14,9 Мbit/s -yə qalxıb.

Yüksək sürətli və genişzolaqlı interntlə ən yüksək konsentrasiyası Avropadadır. Avropa Birliyində ən yüksək internet Cersi Norman adasındadır. 67,5 Mbit/s, o üçüncü yerdə qərarlaşıb. Dördüncü yerdə isə İsveç qərarlaşıb. Beşinci yerdə isə Danimarkadır. Daha sonra, Yaponiya, Lüksemburq, Niderland, İsveçrə, San-Marinodur.

Belarus 57-ci yerdə, Ukrayna 81-ci yerdə, Gürcüstan 88-ci, Ermənistan 110-cı, Qazaxıstan 113, Azərbaycan 141, Qırğızıstan 155-ci yerədir.

Reytinqin axırıncı yerində isə Yəmən qərarlaşıb. Bu ölkədə internetin sürəti 2019-cu ildə 0,38 Mbit/s olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)