Vakansiyalar

Azersun Holding işçi axtarır - VAKANSİYA

AZƏRSUN HOLDİNQ

Vakansiyanın adı: Baş mühəndis (tikinti/inşaat üzrə)

İş haqqında məlumat:

1. Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək; 
2. Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq; 
3. Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək; 
4. Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq; 
5. Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək; 
6. İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək; 
7. Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;

Namizədə aid tələblər:

• İnşaat mühəndisi üzrə ali təhsilli olmalı; 
• Müvafiq sahə üzrə təcrübə (inşaat sahəsində minimum 3-5 il); 
• Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı olmalı 
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilməli 
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını, texniki şərtləri bilməli 
• Elektrik sahəsini bilməli, çertyojları oxuya bilməli, güc transformatorları və kabellərin seçiminə rəy verə bilməli.

İş yeri:

Bakı şəh (İnşaat işləri gedən bütün ərazilər.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş mühəndis (tikinti/inşaat üzrə)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department