“Çimərliklərə giriş pulsuzdur” - İCRA HAKİMİYYƏTİ
15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.
Eləcə də bax: Bakıda restoranda müştəridən 22 manat xidmət haqqı istədilər
Bu barədə BŞİH-in Mətbuat xidmətindən bildirilib.
Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.