Bakıda restoranda müştəridən 22 manat xidmət haqqı istədilər
Bakıda fəaliyyət göstərən məşhur restoranların birində müştəridən rəsmi olaraq xidmət haqqı çıxılıb.
Eləcə də bax: BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur
Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, “Xəzri” ailəvi istirahət mərkəzində müştəriyə təqdim edilən kassa çekində menyunun qiymətindən əlavə, 22 manat xidmət haqqı da göstərilib. Buna görə də, müştəri birlikdə 73 manat pul ödəyib.