Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Yeni Zelandiyada şəhər satışa çıxarılıb

Yeni Zelandiyada şəhər satışa çıxarılıb

Yeni Zelandiyada 7,5 milyon dollara şəhər satılır.

CNBC xəbər verir ki, bu məbləği ödəməklə “Mellonsfall Ranch” adlı yaşayış məntəqəsinə sahiblənmək olar.Ad - 00:13

Ərazidə təxminən on bina var, əlavə olaraq, alıcı bal istehsalı üçün hazır biznes əldə edəcək. Şəhər nisbətən yenidir: əsası 2006-cı ildə vestern həvəskarı olan yerli şəxs tərəfindən qoyulub. Nümunə kimi o, Vayominqdəki (ABŞ) kiçik bir kovboy qəsəbəsini götürüb.

Ərazidə 22 nəfər üçün nəzərdə tutulmuş üç yaşayış binası yerləşir. Yaxınlıqda polis (şerif) ofisi, kinoteatr və ədliyyə binaları yerləşir. Oklenddən “Mellonsfall Ranch”a avtomobillə təxminən altı saatlıq yol var. Buraya helikopterlə də gəlmək olar.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə