Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Xocasəndə böyük yaşayış məhəlləsi salınacaq

Xocasəndə böyük yaşayış məhəlləsi salınacaq

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi üçün tender elan edib.

Tender elanına əsasən, infrastruktur Bakı şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 810 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmalıdır.

Tenderdə iştirak haqqı 300 manat təşkil edir.

Tender təklifləri 2020-ci il 19 fevral saat 18:00-dək qəbul olunur. Zərflərin açılışı 20 fevral saat 16:00-da baş tutacaq. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə