Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

“WhatsApp”da yeni funksiya işə düşüb

“WhatsApp”da yeni funksiya işə düşüb

“WhatsApp”da yeni funksiya işə düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Belə ki, tətbiqin zənglər və çatlar hissəsində “Seçilmişlər” bölməsi aktivləşib. Məlumata görə, “Seçilmişlər”ə həm kontaktları, həm də qrupları əlavə etmək mümkündür.

Qeyd edək ki, oxşar funksiya “Telegram”da da mövcuddur. İlkin olaraq yenilik yalnız məhdud sayda istifadəçilər üçün əlçatan olacaq. Testlər başa çatdıqdan sonra isə bütün istifadəçilər ondan yararlana biləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə