Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

"Whatsapp'a barmaq izi skanı ilə giriş funksiyası əlavə edildi

"Whatsapp'a barmaq izi skanı ilə giriş funksiyası əlavə edildi

Whatsapp tərtibatçıları messencerə təhlükəsiz autentifikasiya funksiyasını əlavə ediblər. Söhbət, tətbiqə daxil olmaq istəyən zaman barmaq izi skanı texnologiyasından istifadədən gedir. Bu barədə Gagadget saytı xəbər verib. Hələ bu ilin əvvəlində sözügedən funksiya tətbiqin iOS versiyasında ortaya çıxmışdı. İndi isə növbə gəlib Android versiyaya çatdı. Barmaq izi skanı texnologiyası vasitəsilə identifikasiya üsulunu aktivləşdirmək üçün sadəcə olaraq messencerin ayarlarına daxil olmaq lazımdır. Daha sonra Account bölməsinə keçid edərək Privacy hissəsinə daxil olmaq lazımdır. Siyahının sonunda Unlock with Fingerprint funksiyası olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə