Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Vüqar Səfərli işdən çıxarıldı - SƏRƏNCAM

Vüqar Səfərli işdən çıxarıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

ENA.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Səfərli 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsində çalışırdı.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə