Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Vilayət Eyvazov idarə və şöbəni LƏĞV ETDİ

Vilayət Eyvazov idarə və şöbəni LƏĞV ETDİ

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

ENA.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə