ÜST COVID-19-un nə zaman bitəcəyini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) pandemiyasının iki ildən az müddətdə bitəcəyini gözləyir.
ENA.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
!@#
“Hazırki dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”-deyə, o bildirib.
Tedros Adhanom Qebreyesus həmçinin, koronavirusla 1918-ci ildə yayılmış “İspan qripi”ni də müqayisə edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.











