Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Twitter təsdiqlənmiş istifadəçilərə pul ödəyəcək

Twitter təsdiqlənmiş istifadəçilərə pul ödəyəcək

Twitter mikrobloqinq xidməti təsdiqlənmiş hesabların sahibləri üçün məzmundan pul qazanmağın yeni üsulunu təqdim edib. Bu məqsədlər üçün şirkətin 5 milyon dollar ayırdığı bildirilir. Bununla bağlı sosial şəbəkənin sahibi İlon Mask Twitter-də məlumat yerləşdirib.

Yeni monetizasiya metodu yalnız təsdiqlənmiş istifadəçilər üçün əlçatan olacaq.

Xatırladaq ki, 2023-cü ilin may ayında əvvəllər NBCUniversal-da qlobal reklam və tərəfdaşlıq şöbəsinin rəhbəri olan Linda Iaccarino Twitter-in baş direktoru olub.

Yeniliklər onun şirkətdəki yeni reklam siyasətinin bir hissəsi kimi qəbul edilir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə