Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Türkiyə yeni nəsil ballistik raketini təqdim edib

Türkiyə yeni nəsil ballistik raketini təqdim edib

Türkiyənin “Roketsan” korporasiyası yeni nəsil “Tayfun Blok 4” ballistik raketini təqdim edib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin İnkişafı Vəqfinin rəsmi internet səhifəsində açıqlama verilib.

Bildirilib ki, texnologiyanın ən son yeniliklərinə əsaslanan “Tayfun Blok 4”ün istehsalı ölkənin müdafiə qabiliyyətini gücləndirmək xarakteri daşıyır.

Təqdimat ilk dəfə İstanbulda keçirilən “IDEF-2025” müdafiə sənayesi sərgisində reallaşıb, bu gün isə sözügedən raketin istehsalının uğurla başa çatdırıldığı barədə xəbər ictimailəşdirilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə