Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib

Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib

ABŞ Prezidenti Donald Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib. Bu ehtiyata “Bitcoin”, “Ethereum”, “Solana” (SOL), “Ripple” şirkətinin XRP-si, “Cardano” (ADA) və digər “qiymətli” rəqəmsal aktivlər daxil olacaq.

Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

“ABŞ-nin kriptoehtiyatı bu kritik sənayeni Bayden administrasiyasının illərlə davam edən korrupsion hücumlarından sonra yüksəldəcək. Buna görə də rəqəmsal aktivlər barədə fərmanım prezidentin işçi qrupuna XRP, SOL və ADA-nı ehtiva edən kriptostrategiya ehtiyatı üzrə irəliləməyi tapşırıb. Mən ABŞ-nin dünyanın kriptopaytaxtı olmasını təmin edəcəyəm”, – Tramp vurğulayıb.

O, növbəti paylaşımında əlavə edib ki, Amerika kriptoehtiyatına “Bitcoin”, “Ethereum” və digər “qiymətli” valyutalar da daxil olacaq.

ABŞ liderinin sadaladığı kriptovalyutalar kəskin bahalaşıb. ADA 60 %, XRP 33 %, SOL 25 % artıb. “Ethereum” və “Bitcoin” isə müvafiq olaraq 13 % və 10 % dəyər qazanıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə