Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib

Tramp Kanadanın ABŞ-yə birləşdiyi yeni xəritə dərc edib

Donald Tramp Kanada və ABŞ-nin vahid dövlət olaraq birləşdiyi yeni xəritə dərc edib. O, həmin xəritəni öz “Truth” sosial şəbəkəsində yerləşdirib.

Siyasətçinin fikrincə, bir çox kanadalılar öz ölkələrinin ABŞ-yə qoşulmasını istəyirlər. Cənab Tramp hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu xarici təhlükələrdən qoruyacaq.

Keçən ilin noyabrında o, Kanada və Meksikanın qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlı problemləri həll etmədikləri təqdirdə, bu ölkələrdən gələn mallara 25% rüsum tətbiq etməyi təklif edib.

Kanadanın Baş naziri Castin Trüdonun istefa etməsi fonunda Tramp bir daha birləşmə təklifini irəli sürüb. Cənab Trüdo cavab olaraq ölkənin ABŞ-nin bir hissəsi olması üçün ən kiçik belə şansın olmadığını deyib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə