Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Temperatur 5-7 dərəcə enəcək, külək güclənəcək

Temperatur 5-7 dərəcə enəcək, külək güclənəcək

İyulun 27-30-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

!@#​​​​​​​

Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata görə, havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. 

İyulun 27-28-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, ayın 29-dan 31-dək isə əksər rayonlarda  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə