Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

TƏBİB-dən Ağdaşda virus epidemiyası xəbəri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Ağdaşda virus epidemiyası xəbəri ilə bağlı AÇIQLAMA

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağdaşda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib.

TƏBİB-dən “ENA”ya verilən məlumata görə, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb:

“Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə