Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

TƏBİB: Azərbaycan pandemiya ilə mübarizənin 2-ci mərhələsindədir

TƏBİB: Azərbaycan pandemiya ilə mübarizənin 2-ci mərhələsindədir

"Hazırda Azərbaycanda pandemiya ilə mübarizənin 2-ci mərhələsindəyik".

ENA.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

!@#

TƏBİB sədri bildirib ki, Gəncə şəhərində əks endimik tədbirlərin aparılması nəticəsində epidemiyanın qarşısını almaq mümkün olub: "Proses ardıcıl şəkildə davam etməlidir və insanlar arxayınlaşmamalıdır".

O qeyd edib ki, bir sıra bölgələrdə hələ də qaydalara məsuliyyətlə yanaşılmır: "Misal olaraq son günlər Yevlaxda 64 sakində virusa yoluxma faktı qeydə alınıb. Lənkəran da narıncı zonada qalır".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə