Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

TDT: Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq layihələr üzərində iş gedir

TDT: Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq layihələr üzərində iş gedir

Hazırda Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq rəqəmsal layihələr üzərində iş aparılır.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin sözlərinə görə, TDT ölkələrinin təşəbbüsləri nəticəsində Orta Dəhlizdə mühüm nəticələr əldə edilir: "Orta Dəhlizlə yükdaşımaların həcmi getdikcə artır. Bu kontekstdə mən regional inteqrasiyanın əsası olacaq bu dəhlizin cənub hissəsini - Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini xüsusilə vurğulamaq istəyirəm. Ümumiyyətlə, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq TDT ölkələrinin iqtisadiyyatlarına töhfə verir".

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizlə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb. 11 ay ərzində Orta Dəhlizlə konteyner daşımaları 1 il əvvələ nisbətən 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə