Əsas məzmuna keç
Bakı +8°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Sotbi hərrac mərkəzində dinozavr skeleti satışa çıxarılıb

Sotbi hərrac mərkəzində dinozavr skeleti satışa çıxarılıb

Sotbi hərrac mərkəzi 77 milyon il əvvəl yaşamış dinozavrın skeletini Nyu-Yorkda satışa çıxarıb.

Xəbərə görə, Qorqozavrlar (Gorgosaurus) dəstəsinə aid canlının skeleti çox yaxşı vəziyyətdədir.

Hündürlüyü 3 metr, uzunluğu 6,7 metr olan skelet 2018-ci ildə ABŞ-ın Montana ştatında aşkar edilib. Şəxsi kolleksiyada olan skelet 5-8 milyon dollar arası qiymətləndirilir.

Hərrac evindən bildirilib ki, Montanada tapılan skelet xaric Qorqozavrlar dəstəsinə aid canlıların indiyədək tapılmış bütün qalıqları muzeylərdə qorunur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə