Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Nabrandakı məşhur “Atlant” istirahət mərkəzi müsadirə edildi – Hərracda satılacaq

Nabrandakı məşhur “Atlant” istirahət mərkəzi müsadirə edildi – Hərracda satılacaq

Nabranda yerləşən məşhur “Atlant” Ailəvi İstirahət Mərkəzi məhkəmə qərarı ilə müsadirə edilib. İstirahət kompleksinin hərracda satışından əldə ediləcək vəsaitin 171 zərərçəkmiş vətəndaşa dəymiş ziyanın ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.

ENA.az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə hökm elan olunub.

Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Talış Məhəmmədova isə şərti cəza təyin olunub.

Məhkəmə daha əvvəl üzərinə həbs qoyulmuş “Atlant” istirahət mərkəzinin müsadirəsinə qərar verib. Məlumatı vəkil Ceyhun Yusifov da təsdiqləyib.

İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarında mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Nofəl Hacıyev həmin vəsaitin “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldildiyini bildirib.

Qeyd edək ki, o, istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni və kompleksin şərikidir. Məhkəmə prosesində Hacıyev baş verənlərlə bağlı qayınatasını ittiham edib. Tahir Qədəşov isə əvvəlki ifadələrində ittihamları rədd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə