Səlcuq Bayraktar Bakıya gəldi

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Bakıya gəlib.
ENA.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbukda bildirib.
!@#
“Ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşdük”, – deyə nazir qeyd edib.
O bildirib ki, görüş zamanı 26-29 mayda Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq işlərini müzakirə edilib.











