Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Şahramanyan separatçıların yeni başçısı seçildi

Şahramanyan separatçıların yeni başçısı seçildi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib.

Verilən məlumata görə, səsvermədə 23 nəfər iştirak edib. Onlardan 22-si Şahramanyanın xeyrinə səs verib.

Qondarma “parlament”in 33 “deputatdan” ibarət olduğu bildirilir.

Xatırladaq ki, separatçıların keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa verib”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hələ dünən diplomatlarla birifinqdə bəyan edib ki, qeyri-qanuni qurumun "prezidentinin" qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasına yöləmiş addımdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə