Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Rüsumsuz gətirilən malların limiti azaldılıb?

Rüsumsuz gətirilən malların limiti azaldılıb?

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.

DGK-dən  bildiriblər ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.

"Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil", - deyə komitədən bildiriblər.

Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.

Əvvəllər bu rəqəm 1000 dollara bərabər idi.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə