Quba polis rəisi Bakıda vəzifəyə təyin edildi

Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov yeni vəzifəyə təyin edilib.
ENA.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Nemətov vəzifəsindən azad edilərək Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə rəis təyin edilib.
!@#
Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya məlumatı təsdiqləyib.











