Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Qiymətin ucuzlaşması gəliri 36,5% azaldıb

Qiymətin ucuzlaşması gəliri 36,5% azaldıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 21 milyon 832 min 533,28 ton neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dəyər ifadəsində 7 milyard 158 milyon 90,91 min dollar təşkil edib. 

Yanvar-sentyabr aylarında neft ixracı miqdar ifadəsində ötən ilin analoji dövrünün göstəricisi ilə eynilik təşkil etsə də, qara qızılın ucuzlaşması dəyər ifadəsində 36,5% azalma yaradıb. 

Yanvar-sentyabr aylarında Azərbaycandan ixracın ümumi tərtibində neftin payı 67,66%-dir. 

Qeyd edək ki, 2019-cu ildə ümumilikdə Azərbaycan 14 milyard 814 milyon 132,71 min dəyərində 30 milyon 837,085 min ton bəyan edilmiş neft ixrac edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə