Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

"Qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcmi artıb"

"Qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcmi artıb"

 Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 9 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib.

"BI" bu barədə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalına istinadən xəbər verir.

“Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17,7 mlrd. ABŞ dollar ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb. Qeyri-nağd valyuta əməliyyatlarının 66,9%-i banklararası valyuta bazarında (BVB), 33,1%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb. 

Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53,6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 11,8 mlrd. dollar ekvivalentində olub ki, bunun da 51,2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 92,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 5 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 3,9 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 4 289,4 mln. ABŞ dolları təşkil edib.

İcmalda qeyd olunub ki, 2018-ci ilin 9 ayında valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun formalaşıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə