Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

"Qazaxıstan idarəolunmaz infilyasiya artımı ilə üzləşib"

"Qazaxıstan idarəolunmaz infilyasiya artımı ilə üzləşib"

Qazaxıstan iqtisadiyyatı idarəolunmaz infilyasiya artımı ilə üzləşib.

ENA.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.

“Milli bank və hökumət dünyadakı tendensiyalara istinad edərək onun qarşısında gücsüz hala gəliblər. Bu cür bəhanələr milli iqtisadiyyatın həssaslığını ortaya çıxarır”, - o deyib.

Onun sözlərinə görə, Milli Bankın və Nazirlər Kabinetinin əsas vəzifəsi infilyasiyanı yenidən 4-6 % səviyyəsinə qaytarmaqdır.

Qeyd edək ki, iyun ayının yekunlarına görə Qazaxıstanda infilyasiya səviyyəsi 7,9 % təşkil edib. May ayında isə bu göstərici 7,2 % olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə