Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Qaz limitdən artıq istifadə edilib

Qaz limitdən artıq istifadə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi üzrə kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8 772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yaranıb.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hal-hazırda kompakt sayğaclar vasitəsilə təbii qazla təmin olunmuş 7 189 ailə üzrə borc 8 151 924 manat təşkil edir. Bura limit daxilində istifadə etdikləri qaz sərfinin dəyəri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ödədiyi 6 005 ailə üzrə yaranan 5 696 937 manat məbləğində borc da daxildir. Digər borclu abunəçilərin sıralaması isə belədir: fərdi mənzillərə köçürülmüş 1 465 ailə üzrə borc 1 273 635 manat, fərdi sayğaclarla təmin olunmuş 118 ailənin kollektiv sayğac dövründə yaranmış borcu 135 210 manat.