“Qaçqınkom”dan məcburi köçkünlərə verilən mənzillərlə bağlı AÇIQLAMA

“Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür”.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada bildirilib.
!@#
Qeyd olunub ki, Komitə Prezidentin verdiyi bütün tapşırıqların ədalətli icrasına nail olmağa çalışır.
“Aparılan işlər barədə ölkə rəhbərliyinə hesabat verilir, məruzə olunur”, - deyə məlumatda bildirilib.
Komitənin məlumatına əsasən, məcburi köçkünlərə verilən mənzillərin bölgüsündə ədalət və şəffaflıq prinsiplərinə əməl edilir:
“Bu sahədə iş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi üzrə mövcud qaydaları əsasında aparılır”.











