Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Prezident BƏƏ-yə getdi

Prezident BƏƏ-yə getdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

ENA.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.