Əsas məzmuna keç
Bakı +17°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.

ENA.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin cədvəlində bildirilir.

Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.

Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə