Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Peter Navarro: Fed faiz artırmamalıdır

Peter Navarro: Fed faiz artırmamalıdır

ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri  Peter Navarro, "İqtisadiyyatın böyüdüyü mühitdə Fed Çərşənbə günü faiz artırmamalıdır" deyib.

"BI" xəbər verir ki, CNBC-yə verdiyi müsahibəsində bazarlardakı volatilliyə görə Fed-i günahlandıran Navarro, "Fed, məlumatlara baxmalıdır. İldə üç dəfə faiz artırmaq dəlilikdir",- deyib.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, sosial media platforması "Twitter"dən verdiyi açıqlamada "Fed-in faiz artırmağı düşünməsi belə ağlasığmazdır" deyib.

Tramp, "Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu" bir dövrdə Fed-in faiz artırmağı qiymətləndirməsinin belə "ağlasığmaz" olduğunu bildirib.

Fed, Çərşənbə günü başa çatacaq ilin son iclasının ardından saat 23:00-da qərarını açıqlayacaq.  Fed-in faiz artıracağı gözlənilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə