Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

PASHA Bank işçi axtarır - VAKANSİYA

PASHA Bank işçi axtarır - VAKANSİYA

"PASHA Bank" ASC İnsan Resursları departamenti, İşçi Bağlılığı və Kommunikasiyaları şöbəsində Kiçik mütəxəssis vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Kommunikasiya strategiyasının şirkətin strateji görüşlərinə və PAŞA Bank brendinə uyğun olmasını və onu əks etdirməsini təmin etmək
• Bank üzrə strateji daxili kommunikasiya planının hazırlanması və həyata keçirilməsinə töhfə verilməsi və daxili kommunikasiya məhsullarının idarə edilməsi
• İnkişaf, təşkilatçılıq və təhsil daxil olmaqla kommunikasiyanın bütün aspektlərində təşkilati cəhətdən davamlılığı təmin etmək üçün əsas əlaqə vasitələrinin təkmilləşdirilməsinə töhfə verilməsi
• Tədbirlər, vizual materiallar və daxili nəşrlər kimi tələb olunan fəaliyyət və materialların təmin edilməsində şöbənin digər maraqlı tərəfləri ilə sıx əməkdaşlıq çərçivəsində işləmək
• Bölmə üzrə bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Kommunikasiya və ya digər müvafiq sahədə bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: minimum 1-3 il (müvafiq sahə üzrə təcrübəyə üstünlük verilir)
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office (PPT üstünlük verilir)
• Video hazırlanması, dizayn, Photosop, InDesign və ya bənzər proqramlarda işləmə bacarığı (üstünlük verilir)
• Güclü ünsiyyət və danışıq bacarığı
• Analitika bacarığı
• Yazı və vaxtın idarə edilməsi bacarıqları
• Komanda işi bacarığı


Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 08.05.2021-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “İşçi Bağlılığı və Kommunikasiyaları üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə