Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

“PAŞA Həyat” daha bir gənci rəhbərliyə gətirir

“PAŞA Həyat” daha bir gənci rəhbərliyə gətirir

Ölkənin ən böyük sığorta şirkətlərindən biri “PAŞA Həyat” ASC-nin rəhbərliyinə yeni təyinat olacaq.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu Fərid Abdullayev-dir. Onun İdarə Heyətinə üzv seçilməsi gözlənilir.

Bu günə qədər Abdullayev, “PAŞA Həyat”ın Risklərin idarəedilməsi departamentinin müdiri və aktuarisi vəzifəsini icra edirdi.

Fərid Abdullayev 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsi üzrə Vergi işinin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə Biznesin İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır. 2015-ci ildə DSNX tərəfindən təşkil edilmiş məsul aktuari imtahanını müvəffəqiyyətlə keçmişdir.

F.Abdullayev əmək fəaliyyətinə 2011-ci ildən “Paşa Həyat Sığorta” şirkətində başlamış və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışmışdır.