Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Nefti bahalaşdıran başlıca amillər nələrdir?

Nefti bahalaşdıran başlıca amillər nələrdir?

Benchmark neft qiymətləri əvvəlki iki gündə enişdən sonra bugün səhər yüksəlir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 09:016-a olan Brent markalı neftin avqust fyuçerslərinin kotirovkaları bir barel üçün 76,25 dollar təşkil edir ki, bu da sonuncu sessiyanın bağlanış qiymətindən 0,35 dollar (0,5%) çoxdur. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust ayı fyuçerslərinin qiyməti çərşənbə günü səhər saatlarında 0,4 dollar (0,6%) bahalaşaraq bir barelə görə 71,59 dollar təşkil edib.

Analitiklər, Federal Ehtiyat Sisteminin rəhbərinin bugün Nümayəndələr Palatasında, cümə axşamı isə Senatda çıxışlarını səbirsizliklə gözləyirlər.

“Biz FED sədri Jerome Powell-in Konqresə FED-in gələcək bir neçə ay ərzində daha yüksək faiz dərəcələri və yaxın müddətdə daha möhkəm inflyasiya ilə bağlı median proqnozunu əks etdirən məlumatları təqdim edəcəyini gözləyirik”, - ANZ Research bildirib.

Bundan əlavə, bazar ABŞ-ın yanacaq ehtiyatlarında dəyişikliklərlə bağlı məlumatları gözləyir. Proqnozlara görə, neft ehtiyatları ötən həftə azalıb və gözləntilər özünü doğrultsa, bu, qiymətləri dəstəkləyə bilər. 

Amerika Neft İnstitutu (API) çərşənbə günü ABŞ-ın xam neft, benzin və distillə ehtiyatlarında dəyişikliklərlə bağlı həftəlik məlumatları açıqlayacaq.  Cümə axşamı ABŞ Energetika Nazirliyi rəsmi rəqəmləri açıqlayacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə