Nazirliyin strukturunda iki şöbə yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında daha iki şöbə yaradılıb.
ENA.az xəbər verir ki, Nazirliyin aparatında bundan sonra Övladlığa götürmə siyasəti şöbəsi və Strateji planlaşdırma şöbəsi fəaliyyət göstərəcək.
Bununla da ƏƏSMN-nin strukturundakı şöbələrin sayı 17-ə çatıb.











