Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı

Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı

Fevralın 5-i saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkan qeydə alınıb. 

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə  Səfərov "BI"ya bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib. Bununla bağlı AMEA-ya ilə birgə mütəxəssislər tərəfindən araşdırma aparılıb və ilkin məlumata görə episentri Pirqulu  ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. 

Dağıntılar haqqında məlumat daxil olmayıb.

***

Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun verdiyi məlumata görə, İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32- də iki yeraltı təkan (zəlzələ) baş verib. Zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. B

ölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə