Müflis elan edilmiş sığorta şirkəti üzrə 1000 kompensasiya ödənişi

İcbari Sığorta Bürosu (İSB) müflis elan edilmiş “Standard Insurance” Sığorta Şirkəti ASC-nin təxminən 1 000 kreditoruna kompensasiya ödəyib.
Bu barədə “ENA”ya Bürodan bildirilib.
Məlumatda deyilir ki, maliyyə qurumunun müflis elan olunması ilə bağlı Bakı Kommersiya Məhkəməsinin qərarı sentyabrın 14-də qüvvəyə minib. İSB qanunvericiliyə uyğun olaraq sığorta şirkəti ilə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəlikləri yerinə yetirməyə başlayıb və bir gün ərzində təxminən 800 min manat ödəniş edib.
!@#
Azərbaycan Mərkəzi Bankının təyin etdiyi müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə öncədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin yaradıb. Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.
Bu, İSB-nin fəaliyyət dövründə II haldır. 2017-2018-ci illərdə Büro müflis elan edilmiş "Alfa Sığorta" ASC-nin təxminən 180 kreditoruna 311 min manat kompensasiya ödəyib.











