Milli Məclisin növbəti iclasının keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan Milli Məclisinin payız sessiyasının ikinci plenar iclasının keçiriləcəyi tarix müəyyənləşib.
ENA.az xəbər verir ki, iclas oktyabrın 18-də keçiriləcək. Plenar iclasın gündəliyi yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçirilib.











