Məşhur hotellər şəbəkəsi məhkəməyə verildi

Beynəlxalq hotellər şəbəkəsi “Marriott International” tarixindəki ən böyük müştəri məlumatlarının pozulmalarından birinin qarşısını ala bilmədiyi iddiası ilə məhkəməyə verilib.
!@#
“Financial Times” xəbər verir ki, bu barədə London məhkəməsində britaniyalı jurnalist Martin Brayant kollektiv iddia qaldırıb.
2014-cü ilin iyulundan 2018-ci ilin sentyabrına qədər hotel qonaqlarının məlumat bazalarına kənardan müdaxilə olunub.
Əldə edilən məlumatlara adlar, ev və e-poçt ünvanları, telefon nömrələri, pasport və bank kartları daxildir.
Qeyd edilən müddətdə bu hotellərdə təxminən yeddi milyon qonaq qalıb.
“W Hotels”, “Le Meridien Hotels & Resorts” və “Sheraton Hotels & Resorts”un məlumat bazalarının da haker hücumlarına məruz qaldığı qeyd edilir.











