Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

Lizinq şirkəti bank olmayan kredit təşkilatına çevrildi

Lizinq şirkəti bank olmayan kredit təşkilatına çevrildi

2009-cu ildən fəaliyyət göstərən “MCB Lizinq” QSC bank olmayan kredit təşkilatına (BOKT) çevrilib.

Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.

Belə ki, nazirlik bu il aprelin 4-də “MCB BOKT” QSC-ni dövlət qeydiyyatına alıb.

Maliyyə qurumu “MCB Lizinq”in bazasında yaradıldığı üçün onun hüquqi ünvanı (Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, məhəllə 1 054, ev 49B), nizamnamə kapitalı (4 milyon 283 min 675 manat) və qanuni təmsilçisi (Rəmal Cəfər oğlu Cəfərov) lizinq şirkəti ilə eynidir.  

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə