Lavrovun müavinindən Qarabağın statusu ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xarici işlər nazirinin müavini Andrey Rudenko danışıqların gələcəyi ilə bağlı bəzi detalları diqqətə çatdırıb.
!@#
“Dağlıq Qarabağın statsununu müəyyənləşməsi üçün təxmini vaxt müəyyən edilməyib. Bundan başqa, rəsmi Bakının Qarabağa xüsusi status verməmək niyyətinin münaqişədə yeni gərginliyə yol açmayacağını hesab edirik. Həmçinin, Ermənistandakı daxili qeyri-stabilliyin Qarabağ razılaşmasının pozulmasına səbəb olmayacağını düşünürük”, - deyə o açıqlama verib.











