Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

 Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov mərkəzin direktor müavini təyin edilib.

Bu barədə KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb. 

Qeyd edək ki, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir.